19:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları" mövzusunda seminar keçirilib.
 
Avqustun 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada "Dövlət orqanlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydaları" mövzusunda seminar keçirilmişdir.
Həmçinin, seminarda Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Qasım Bayramov da iştirak etmişdir. 
53 dövlət orqanı nümayəndəsinin iştirakı ilə keçirilən seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəribli geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir. Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətlərin tənzimlənməsi, vəzifəli şəxslərin müraciətlərə baxması qaydasının müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli Fərmanı ilə "Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası" təsdiq edilmişdir.
Sözügedən normativ-hüquqi akt kargüzarlığın aparılması ilə bağlı bir sıra yeni əsaslar müəyyənləşdirildiyini diqqətə çatdıran İ.Qəribli bildirmişdir ki, vətəndaşlar tərəfindən daxil olan təklif, ərizə və şikayətlərə baxılması qaydaları daha dəqiqliklə işlənilmiş, müraciətlərin daxil olma üsuluna, əvvəlki müraciətlərlə əlaqəsinə və digər əlamətlərə görə qəbulu, qeydiyyatı və cavablandırılması fərqləndirilmişdir. Baxılmayan müraciətlərin dairəsi, qaydaların şamil olunmadığı sahələr dəqiqliklə sadalanıb, ilk dəfə olaraq elektron, kollektiv və canlı yayım zamanı daxil olan müraciətlərin qeydiyyatı qaydaları müəyyən edilmişdir. 
"Əsas yeniliklərdən biri də vətəndaşların qəbulu qaydasının ayrıca fəsildə öz əksini tapmasıdır" deyə çıxış edən Komissiya sədri vətəndaşların qəbulunun aparılması, bu zaman daxil olan yazılı və şifahi müraciətlərin cavablandırılması tam aydınlıqla işlənildiyini, kargüzarlıq xidmətinin aylıq, rüblük və illik arayışlar hazırlayaraq təşkilatın rəhbərinə, ilin yekunlarına dair hesabatları isə yuxarı orqana təqdim etməli olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. 
Sonra komissiyanın Mühasibat və ümumi işlər sektorunun müdiri Türkan Gülməmmədli hazırlanmış slaydlar vasitəsilə vətəndaşların müraciətlərinin qəbulu və qeydiyyata alınması, müraciətlərə baxılması və cavablandırılması, vətəndaşların qəbulunun təşkil edilməsi, müraciətlərlə bağlı sənədlərin qovluqlaşdırılması və saxlanılması qaydaları barədə geniş məlumat vermişdir. 
Seminarın sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
 
15-08-2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).