12:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Avqust ayı ərzində Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri tərəfindən növbəti başçəkmələr həyata keçirilmişdir.
 
Müvəkkilin Preventiv Mexanizm qrupunun üzvləri avqust ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerində, Sədərək, Şərur, Şahbuz və Babək rayon Polis şöbələrində, Babək rayon Polis şöbəsinin Cəhri Polis Bölməsində, Naxçıvan Qarnizon Haupvaxtında, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəsssisəsinin ümumi, ciddi və qadınlar rejimlərində və 8 saylı Məntəqə tipli Cəzacəkmə müəssisəsində, həmçinin İstintaq Təcridxanasında, Naxçıvan Muxtar Respublikası Səhiyyə Naziriliyinin tabeliyində olan Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evində təsdiq edilmiş plan üzrə başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan və ya müalicə alan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
01/09/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).