8:51 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun N saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən birləşmə və hərbi hissələrdə hüquqi maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq əsgər, zabit və gizirlərlə görüşlərin təşkil edilməsi işi davam etdirilmişdir.
Bu məqsədlə sentyabr ayının 1-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı Əlahiddə Ümumqoşun Ordusunun müvafiq struktur bölmələri ilə birlikdə Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində hüquqi maarifləndirmə tədbiri keçirmişdir.
Həyata keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşları və N saylı hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak etmişlər.
Tədbirdə Müvəkkil Aparatının əməkdaşı Abil Orucəliyevin "Silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarının və döyüş növbəsi çəkmə qaydalarının pozulması" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Abil Orucəliyev hərbi xidmət əleyhinə olan cinayətlərin anlayışı barədə məluumat verərək bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 327-ci maddəsinə əsasən hərbi xidmət əleyhinə olan cinayətlər dedikdə, çağırış və ya kontrakt üzrə Azərbaycan Respublikası Silahlı Qüvvələrində, digər qoşun və hərbi birləşmələrdə hərbi xidmət keçən hərbi qulluqçuların, qanunla müəyyən edilmiş qaydada hərbi qulluqçu statusuna malik olan başqa şəxslərin, habelə təlim və ya yoxlama toplanışlarına cəlb edilmiş hərbi vəzifəlilərin hərbi qulluğun müəyyən edilmiş qaydaları əleyhinə yönələn və bu fəsildə nəzərdə tutulmuş cinayətləri hərbi xidmət əleyhinə olan cinayətlər hesab olunur.
Daha sonra məruzəçi Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Konstitusiyalarının, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət və İntizam Nizamnamələrin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
Yekun sözlə çıxış edən Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Ricard İsmayılov əsgər, zabit və gizirləri qeyri-qanuni hərəkətlərdən çəkinməyə, qanunvericiliyin və hərbi nizamnamələrin tələblərinə daim əməl etməyə çağırmışdır.
 
07/09/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).