19:45 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Psixi Xəstəliklər Dispanserində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Sentyabrın 2-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Psixi Xsətəliklər Dispanserində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Asiman Abbasov və Turqay Mirzəyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov, Psixi Xsətəliklər Dispanserinin baş həkim əvəzi Kəmalə Səfərova və Dispanserin digər əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Asiman Abbasovun "Psixiatriya müəsissəsinin işçi heyətinin pasiyentlərlə rəftarı və qanunvericilik" və "Alkoqolizmə və narkomaniyaya düçar olmuş şəxslərin cəmiyyətə inteqrasiyası və sosial adaptasiyası" mövzularında geniş məruzəsi dinlənilmişdir.
A.Abbasov qeyd etmişdir ki, psixi pozuntu vəziyyətində olan şəxslərə tibbi və sosial yardım göstərilməsi dövlət təminatı, qanunçuluq, humanistlik, insan və vətəndaş hüquqlarına və azadlıqlarına əməl edilməsi prinsipləri əsasında həyata keçirilir. Sosial uyğunlaşmanın və səhhətin pozulması ilə müşayiət olunan, kliniki ifadə olunmuş psixopatoloji davranışla hərəkət edən şəxslər psixi pozuntu vəziyyətində olan şəxslər sayılırlar. Psixi pozuntu vəziyyətində olan şəxs psixi vəziyyətinin müayinə olunması, psixi pozuntusunun diaqnostikasının aparılması, müalicəsinin və profilaktikasının, psixo-sosial reabilitasiyasının həyata keçirilməsi üçün ixtisaslaşdırılmış tibbi yardım, yəni psixiatriya yardımı almalıdır.
"Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə əsasən psixiatriya yardımının təşkili, bu yardımı göstərən müəssisələrin fəaliyyətinin əlaqələndirilməsi və onların fəaliyyətinə nəzarət qanunvericilikdə müəyyən olunmuş qaydada Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilir" deyə çıxış edən məruzəçi bildirmişdir ki, "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinə əsasən Azərbaycan Respublikası İnsan hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) və Milli Preventiv qrup üzvlərinin istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən psixiatriya müəssisələrinə daxil olmaq, orada saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri saydığı halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, həyata keçirdikləri tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq, psixiatriya müəssisələrinin rəhbərliyi tərəfindən təxirə salınmadan qəbul edilmək, Azərbaycan Respublikası İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) isə həmçinin psixiatriya müəssisələrinə müvafiq tövsiyələr vermək və həmin tövsiyələrə müəyyən edilmiş müddətdə cavablar almaq hüququ vardır.
Həmçinin məruzəçi "Psixiatriya yardımı haqqında" və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanunları, həmçinin "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov yekun vurmuşdur.
 
                                                                                                   07/09/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).