11:16 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
 
Sentyabrın 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsində hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Aydın Ağayev və Dövlət Yol Polisi İdarəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Aydın Ağayev Müvəkkil Aparatı ilə keçirilmiş bu kimi tədbirlərin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin "Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı qərarların icrasında elektron xidmətlərdən istifadənin təşviqi və əhəmiyyəti" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev qeyd etmişdir ki, ictimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir. Müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsinin əsası da ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir. Məhz bu sabitlik nəticəsində mürəkkəb geosiyasi-coğrafi məkanda yerləşən Azərbaycanın dünya miqyasında sivil, demokratik yolla irəliləyən, beynəlxalq hüquq normalarına və prinsiplərinə hörmətlə yanaşan dövlət imici daha da möhkəmlənmişdir. 
"Polis haqqında" Azərbaycan Respublikası Qanunun 1-ci maddəsində qeyd edildiyi kimi, polisin Azərbaycan Respublikasının icra hakimiyyətinə mənsub olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanı olmaqla, təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa-zidd hərəkətlərdən qorumaqdan ibarət olduğunu vurğulayan natiq, həmin Qanunun 4-cü maddəsinə əsasən polisin insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında fəaliyyət göstərdiyini tədbir iştirakçılarının nəzərinə çatdırmışdır.
Həmçinin A.Orucəliyev bildirmişdir ki, Azərbaycan Respublikasının Daxili İşlər nazirinin 19 yanvar 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş Yol-Patrul Xidməti Haqqinda Təlimatın 1.1-ci bəndinə əsasən Yol-patrul xidməti Daxili İşlər Nazirliyi Dövlət Yol Polisinin tərkib hissəsi olaraq, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirir.
"Yol-Patrul Xidməti Haqqında Təlimatın 5-ci bəndinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, bütün foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə inteqrasiya olunmalıdır" deyə çıxış edən Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, İnzibati Xətalar Məcəlləsinin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 346.3, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin Mərkəzi İnformasiya Sisteminə ötürülür.
Daha sonra məruzəçi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi, Polis haqqında Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının Daxili İşlər nazirinin 19 yanvar 2012-ci il tarixli əmri ilə təsdiq edilmiş Yol-Patrul Xidməti Haqqinda Təlimatın müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır
 
09/09/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).