2:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Müvəkkilin Preventiv mexanizm qrupunun üzvləri sentyabr ayı ərzində də başçəkmə tədbirlərini davam etdirmişdir.

 

Müvəkkilin Preventiv Mexanizm qrupunun üzvləri sentyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerində, Sədərək, Şərur, Kəngərli, Culfa və Ordubad rayon Polis şöbələrində, Culfa rayon Polis şöbəsinin Əlincə Polis Bölməsində, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Naziriliyinin tabeliyində olan Ordubad şəhər tam orta İnternat məktəbində təsdiq edilmiş plan üzrə başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Başçəkmələr zamanı Preventiv mexanizm qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
03/10/2016 

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).