20:40 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ombudsman Aparatının əməkdaşı Əlahiddə Ümumqoşun Ordusunun təşkil etdiyi "Birləşmə, hərbi hissələrin bölük və tabor komandirləri ilə təlim-metodik Toplantı"da iştirak etmişdir.
 
12, 14 və 20 oktyabr 2016-cı il tarixlərində Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan şəhərində yerləşən "Zabitlər Evi"ndə "Birləşmə, hərbi hissələrin bölük və tabor komandirləri ilə təlim-metodik Toplantı" keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Mirqiyas Rüstəmov, Naxçıvan Muxtar Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Ramin Əhmədov və Əlahiddə Ümumqoşun Ordusunun birləşmə və hərbi hissələrinin tağım, bölük və tabor komandirlərindən ibarət heyəti iştirak etmişlər.
Toplantını giriş sözü ilə açaraq çıxış edən Əlahiddə Ümumqoşun Ordusunun əməkdaşı Mirqiyas Rüstəmov birləşmə, hərbi hissələrin bölük və tabor komandirlərinə şəxsi heyyətlə rəftar, onlarda ruh yüksəkiliyinin, vətənpərvərlik ruhunun daha da yüksəldilməsinin necə mümkün olacağının yollarını, həmçinin əsgərlərin bir-biri ilə və ya zabitlərlə qarşılıqlı münasibətlərində arzuolunmaz halların qarşısının necə alına biləcəyi barəsində geniş məlumat vermiş, şəxsi heyətin hüquqi marifəndirilməsi sahəsində Müvəkkil Aparatının bugünədək gördüyü işlərdən danışmışdır.
Daha sonra tədbir Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin "Hərbi qulluqçuların hüquq və vəzifələri" mövzusunda geniş məruzəsi ilə davam etdirilmişdir.
Abil Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsinin I hissəsinə əsasən vətəni müdafiə hər bir vətəndaşın borcudur. "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikası qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının 18 yaşına çatmış və sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı hər bir kişi cinsli vətəndaşı Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə bu Qanunla müəyyən edilmiş qaydada müddətli həqiqi hərbi xidmət keçməlidir.
Məruzəçi qeyd etmişdir ki, həqiqi hərbi xidmətin başlanğıcı çağırışçılar üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələri tərəfindən hərbi hissəyə göndərildikləri gün, bağlaşma əsasında hərbi xidmətə könüllü daxil olanlar üçün bağlaşmanın imzalandığı gün, kursantlar üçün isə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunduqları gün sayılır.
Ombudsmanın nümayəndəsi bildirmişdir ki, hərbi xidmətkeçmə haqqında Əsasnamənin 146-cı bəndinə əsasən hərbi qulluqçular və toplanışa çağrılmış hərbi vəzifəlilər Azərbaycan Respublikasının Konstitusiyasında Azərbaycan Respublikasının vətəndaşları üçün nəzərdə tutulan sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlardan tam şəkildə istifadə edir və bütün vəzifələri daşıyırlar. 
Daha sonra məruzəçi Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanununun, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrin Daxili Xidmət və İntizam Nizamnamələrin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
Mətbuat xidməti
 
20/10/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).