2:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



xəbərlər

Ordubad rayon Polis Şöbəsində növbəti hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
 
Oktyabrın 20-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad Rayon Polis Şöbəsində hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Ordubad Rayon Polis Şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev Müvəkkil Aparatı ilə keçirilmiş bu kimi tədbirlərin əhəmiyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin "İctimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində polis əməkdaşının vəzifələri " mövzusunda geniş məruzəsi dinlənilmişdir.
Abil Orucəliyev ictimai qayda və ictimai təhlükəsizlik haqqında məlumat verərək qeyd etmişdir ki, ictimai qayda və ictimai təhlükəsizlik dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. 
"İctimai-siyasi sabitlik hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu yolu seçmiş hər bir dövlətin mövcudluğunun mühüm şərtlərindən biridir" deyə çıxış edən Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, müstəqil Azərbaycanın son illərdə bütün sahələrdə sürətlə inkişaf edən, beynəlxalq miqyasda böyük nüfuz sahibi olan dövlətlərdən birinə çevrilməsi də əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ictimai-siyasi sabitlik amilinə söykənir.
A.Orucəliyev diqqətə çatdırmışdır ki, respublikamızın ictimai-siyasi sabitlik şəraitin-də inkişafında, ictimai asayişin qorunmasında, cinayətkarlığa qarşı mübarizənin səmərəli təşkilində, dövlətçiliyin hər cür cinayətkar qəsdlərdən müdafiəsində, vətəndaşların təhlükəsiz yaşamaq kimi fundamental hüququnun təminatında Daxili İşlər Nazirliyinin və onun ayrı-ayrı strukturlarının müstəsna rolu vardır.
Daha sonra məruzəçi Azərbaycan Republikasının Konstitusiyası, "Polis haqqında" Azərbaycan Respublikası qanununun, həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir. 
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı şəkildə cavablandırılmışdır.
 
Mətbuat xidməti
 
24/10/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).