20:02 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hüquqi maarifləndirmə günün tələbidir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində həyata keçirilən tədbirlər təkcə məhkumlar arasında deyil, həm də bu müəssisənin əməkdaşları arasında da həyata keçilir.
Belə ki, oktyabrın 28-də Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində "Cəzaçəkmə müəssələrində və ya İstintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əyaların verilməsi, ötürülməsi, həmçinin məhkumlar tərəfindən həmin əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri" mövzusunda hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir. 
Qeyd edilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov və Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları iştirak etmişlər. 
Tədbirdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev bildirmişdir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi qadağan olunur.
Daha sonra Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi-1 rejimində "Cinayət qanunvericiliyində amnistiya institutu" və ciddi rejimdə "Məhkumların islah edilməsi və onun əsas vasitələri" mövzularında hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu tədbirlərdə təkcə Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları deyil, həm də adı çəkilən rejimlərdə çəza çəkən məhkumlar da iştirak etmişdir.
Daha sonra məruzəçi "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında", "Penitensiar müəssələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında" Azərbaycan Respublikası qanunlarının, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının, Azərbaycan Respublikasının cinayət, cinayət-prosesual və cəzaların icrası qanunvericiliyinin müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Sonda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
 
Mətbuat xidməti
30/10/2016













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).