0:38 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın Preventiv Mexanizm Qrupu tərəfindən başçəkmələr davam etdirilir.
 
Ombudsmanın Preventiv Mexanizm qrupunun üzvləri oktyabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz, Babək və Ordubad rayon Polis şöbələrində, o cümlədən Naxçıvan şəhər Polis İdarəsi, Naxçıvan şəhər Polis İdarəsinin 1 ¹-li Polis bölməsi, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Naziriliyinin Naxçıvan Hava Nəqliyyatında Polis şöbəsi və Naxçıvan Dəmiryol Nəqliyyatında Polis Şöbəsində, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi-1, qadınlar bölmələrində və ciddi rejimində təsdiq edilmiş plan üzrə başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd yuxarıda adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraitinin və onlarla rəftarın, habelə onların hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Başçəkmə çərçivəsində, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, onların saxlanma şəraitinə aid olan sənədlər, habelə rəftar məsələləri araşdırılmış, kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş və kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılmışdır.
Başçəkmələr zamanı Preventiv Mexanizm Qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
Mətbuat xidməti 
01/11/2016 













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).