6:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın nümayəndələri hüquqi maarifləndirmə tədbirlərini davam etdirir.
 
Noyabrın 4-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları tərəfindən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının müvafiq zastavalarının əsgər və zabit heyəti iştirak etmişlər.
Tədbirlərdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyevin "Əmri icra etməmə cinayəti və məsuliyyət" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi vətənpərvərlik tərbiyəsi ümumbəşəri dəyərlər və Azərbaycan xalqının milli-tarixi ənənələri ruhunda həyata keçirilir.
Məruzəçi diqqətə çatdırmışdır ki, hərbi qulluqçular Azərbaycan Respublikası qanunlarında və hərbi nizamnamələrdə müəyyən olunmuş hərbi intizama ciddi riayət etməlidirlər. Hərbi intizamın əsas məqsədi hərbi tapşırığı yerinə yetirənlərin razılaşdırılmış vahid fəaliyyətinin təşkil olunub həyata keçirilməsini təmin etməkdən ibarətdir. İstər cinayət qanunvericiliyi, istərsə də hərbi nizamnamələr çərçivəsində hərbi xidmət əleyhinə olan qanunazidd əməllərin müəyyən edilib cəzalandırılmasının şərtləndirilməsi hərbi intizamın möhkəmləndirilməsinə xidmət edir.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, hərbi qanunvericilik, həmçinin Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
Tədbirə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov yekun vurmuşdur.
 
   Mətbuat xidməti 
  04/11/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).