3:01 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsman Aparatının əməkdaşları tərəfindən növbəti tədbirlər həyata keçirilib.
 
  Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Belə ki, noyabrın 22-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Psixi Xsətəliklər Dispanserində və Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Tədbirlərdə Ombudsman Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov və aid müəssisələrin əməkdaşları iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev Psixi Xsətəliklər Dispanserində keçirilmiş tədbirdə psixiatriya yardımı göstərilərkən həyata keçirilən təhlükəsizlik tədbirləri və bu sahədə beynəlxalq və milli qanunvericiliyin tələbləri, həmçinin qeyri-könüllü psixiatriya yardımı göstərilməsi üçün əsaslar və onun beynəlxalq və milli qanunvericilikdə təsbiti, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində keçirilmiş tədbirdə isə 20 noyabr Ümumdünya Uşaqlar Günü ilə bağlı tədbir iştirakçıları qarşısında geniş məruzələrlə çıxış etmişdir.
Ombudsmanın nümayəndəsi Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində keçirilmiş tədbirdə BMT-nin Uşaq Hüquqları Konvensiyasında və "Uşaq Hüquqları Haqqında" Azərbaycan Respublikasının Qanununda təsbit edilən uşaq hüquqları, həmin hüquqların ölkədaxilində həyata keçirilməsi və müdafiəsi üçün mövcud olan mexanizmlər və qurumlar, o cümlədən Ombudsmanın fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki,  "Ümumdünya Uşaqlar Günü" 1954-cü ildə BMT-nin Baş Assambleyasının ¹836 (IX) saylı qətnaməsində, 1956-cı ildən bütün dövlətlərdə uşaqların şərəfinə keçirilməsi tövsiyyə olunan bayram kimi qeyd olunur. Hazırda, 20 noyabr Ümumdünya Uşaqlar Günü dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da qeyd edilir.
Məruzəçi Birləmiş Millətlər Təşkilatının 1989-cu il tarixli "Uşaq hüquqları haqqında" Konvensiyası, "Uşaq hüquqları haqqında", "Psixiatriya yardımı haqqında" və "Narkoloji xidmət və nəzarət haqqında" Azərbaycan Respublikasının qanunları, həmçinin "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Tədbirlərə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov yekun vurmuşdur.
 
Mətbuat xidməti
23/11/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).