0:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzusunda seminar keçirilmişdir.
 
Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 55 dövlət orqanı nümayəndəsinin iştirakı ilə "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" mövzusunda seminar keçirilmişdir. 
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Qasım Bayramovun da iştirak etdiyi seminarda Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri İsmayıl Qəriblinin geniş məruzəsi dinlənilmişdir.
Komissiya Sədri dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə tədbir iştirakçılarına məlumat verərək bildirmişdir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının illik xidməti fəaliyyəti qiymətləndirilməlidir. Məqsəd dövlət qulluqçusunun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir. 
İ.Qəribli diqqətə çatdırmışdır ki, komissiya qeyd olunan normanın icrasını təmin etmək məqsədilə müvafiq qaydaları təsdiq etmiş və cari ildən dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanılmışdır. 
Seminarda komissiyanın sektor müdiri Türkan Gülməmmədli tərəfindən hazırlanmış slaydlarla dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi qaydaları izah edilərək bildirilmişdir ki, dövlət qulluqçusunun xidməti fəaliyyətinin meyarlara görə qiymətləndirilməsi məqsədilə işlədiyi qurumun rəhbəri tərəfindən hər ilin yanvar ayında dövlət qulluqçusu qarşısında təqvim ili ərzində icra etməli olduğu tapşırıqlar (hədəflər) qoyulur. Dövlət qulluqçusunun xidməti fəaliyyəti peşə bilikləri, xidməti vəzifələrə münasibət, təhlil aparmaq, problem həll etmək və qərar vermək bacarığı, yaradıcılıq və təşəbbüskarlıq, əmək intizamı, iş təcrübəsi və onu bölüşmə, kollektivdə işləmək bacarığı, ünsiyyət, işçilərarası münasibətlər meyarlarına əsasən qiymətləndirilir.
Sonda seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
 
Mətbuat xidməti
12/12/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).