6:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Məhkumların hüquqlarının müdafiəsi diqqət mərkəzindədir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Qeyd etmək lazımdır ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində həyata keçirilən tədbirlər təkcə məhkumlar arasında deyil, həm də bu müəssisənin əməkdaşları arasında da həyata keçilir.
Belə ki, dekabrın 13-də Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin İstintaq Təcridxanasında "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın beynəlxalq və milli qanunvericilikdə təsbiti" mövzusunda hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir. 
Qeyd edilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov və İstintaq Təcridxanasının əməkdaşları iştirak etmişlər. 
Daha sonra Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi-1 rejimində "Məhkumlara qohumları, vəkilləri və digər şəxlərlə görüşlərin və telefonlarının verilməsi qaydaları" və 8 saylı Məntəqə tipli cəzaçəkmə müəssisəsində "Məhkumların müraciətləri və onlara baxılması qaydaları" mövzularında hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu tədbirlərdə təkcə Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları deyil, həm də adı çəkilən rejimlərdə çəza çəkən məhkumlar da iştirak etmişdir.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Cəzaların İcrası, Cinayət və Cinayət-Prosessual Məcəllələrinin, həmçinin, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası qanununun, İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Sonda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
 
Mətbuat xidməti
15.12.2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).