10:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın Preventiv Qrupu həyata keçirdikləri başçəkmələrə yekun vurmuşdur.
 
Ombudsmanın Preventiv qrupunun üzvləri dekabr ayı ərzində Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Şahbuz, Babək, Culfa və Ordubad Rayon Polis Şöbələri, Babək Rayon Polis Şöbəsinin Cəhri Polis Bölməsi, Ordubad Rayon Polis Şöbəsinin Biləv Polis Bölməsi və Culfa Dəmiryol Nəqliyyatında Polis Bölməsində, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin tabeliyində olan 8 saylı Məntəqə tipli Cəzaçəkmə müəssisəsi və İstintaq təcridxanasında, o cümlədən Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi-1, ciddi, qadınlar və həbsxana rejimlərində, həmçinin Əlahiddə Ümumqoşun Ordusunun tabeliyində olan Naxçıvan Qarnizon Hauptvaxtında, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Ahıllar Evində təsdiq edilmiş plan üzrə əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələbləri əsasında təşkil olunmuş başçəkmələrdə məqsəd məhkumlarla rəftar və onların saxlanılma şəraitinin araşdırılması, beynəlxalq standartlara və Cəzaçəkmə müəssisələrinin Daxili intizam Qaydalarına uyğun şəkildə saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsini araşdırmaqdan ibarət olmuşdur.
Başçəkmə çərçivəsində, saxlanılan və müalicə alan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, onların saxlanma şəraitinə aid olan sənədlər, habelə rəftar məsələləri araşdırılmış, kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım, gəzinti, görüş və kameradan çıxarılma ilə bağlı sənədləşmə yoxlanılmışdır.
Başçəkmələr zamanı Preventiv Qrupunun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
Mətbuat xidməti
30/12/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).