21:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2016-cı ildə fəaliyyəti haqqında illik məruzəsi dinlənilmişdir.
 
Yanvarın 7-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin dördüncü sessiyası keçirilmişdir.
Sessiyada Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Ülkər Bayramova 2016-cı ildə fəaliyyəti haqqında illik məruzə ilə çıxış etmişdir.
«Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında» Naxçıvan Muxtar Respublikası Qanununun 14-cü maddəsinə əsasən, cari il bitdikdən sonra 1 aydan gec olmayaraq müvəkkil Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının qorunması haqqında Naxçıvan Muxtar Respublikasının Ali vəzifəli şəxsinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi qarşısında çıxış edir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin müvafiq qərarı ilə Müvəkkilin 2016-cı ildə fəaliyyəti haqqında illik məruzəsi nəzərə alınmışdır. 
Müvəkkilin məruzəsi Müvəkkilə ünvanlanmış müraciətlərin qanunla müəyyən edilən müddətlərdə baxılması və araşdırılması, Preventiv mexanizm funksiyasının icrası, hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, informasiya və ictimaiyyətlə əlaqələrin təşkili, beynəlxalq qurumların Azərbaycan üzrə ofisləri, həmçinin dövlət orqanları, qeyri hökumət təşkilatları və ictimai qurumlar ilə əməkdaşlıqla bağlı görülən işlərin ümumiləşdirilmiş təhlili əsasında tərtib edilmişdir.
Məruzədə insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi, informasiya, ictimaiyyətlə əlaqələr və elmi-analitik fəaliyyətin, əhalinin müxtəlif sosial qruplarına ünvanlanan və insan hüquqlarının müxtəlif istiqamətlərini əks etdirən hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi, habelə müxtəlif maarifləndirici vəsaitlərin hazırlanması, dövlət və yerli özünüidarəetmə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı həyata keçirilmiş tədbirlər öz əksini tapmışdır.
Məruzənin hazırlanmasında, həmçinin dövlət orqanlarından alınmış rəsmi məlumatlardan da istifadə edilmişdir.
Məruzə "Şərq Qapısı" qəzetində dərc olunmuşdur.
 
Mətbuat xidməti
10/01/2017 






Axtarış







E-qanun.az da axtarış


      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).