12:18 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2017-ci il üçün təsdiq edilmiş başçəkmələr planına əsasən saxlama yerlərinə başçəkmələr həyata keçirilmişdir.
 
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasında preventiv mexanizm funksiyalarının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) muxtar respublikada əvvəlcədən xəbərdarlıq edilmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzi və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə mütəmadi başçəkmələr həyata keçirir.
Buna uyğun olaraq martın 2-də Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur və Kəngərli rayon polis şöbələrinə, həmçinin Şərur rayon polis şöbəsinin İbadullah polis bölməsinə qabaqcadan xəbər verilmədən planlı olaraq başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun olaraq keçirilmiş başçəkmələrdə yuxarıda adı çəkilən müəssisələrdə saxlanılma şəraiti və rəftar, həmçinin saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərə, habelə kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım və digər məsələlərin icra vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
Mətbuat xidməti
10.03.2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).