0:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi ilə birgə 2017-ci ildə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
 
Hər il olduğu kimi, 2017-ci ildə də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Səhiyyə Nazirliyinin tabeliyində olan bir sıra müəssisələrdə hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Belə ki, martın 15-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatı və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşları tərəfindən Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində və Psixi Xəstəliklər Dispanserində "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Avropa Konvensiyası və onun nəzarət mexanizmi" mövzusunda hüquqi maarifləndirmə tədbirləri keçirilmişdir.
Tədbirlərdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov və aid müəssisələrin əməkdaşları iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyi ilə birgə keçirilmiş hər iki tədbirdə "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Avropa Konvensiyası və onun nəzarət mexanizmi" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Avropa Konvensiyası"nın 1-ci maddəsinə əsasən Konvensiyanın məqsədləri üçün «işgəncə» dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür.
Konvensiyada qeyd olunan işgəncə, pis rəftar hallarının qarşısının alınması məqsədilə BMT Baş Məclisinin 18 dekabr 2002-ci il tarixli, 57/199 saylı qətnaməsi ilə Konvensiyanın Fakültativ Protokolu qəbul edilmiş, 22 iyun 2006-cı il tarixdə, 20 dövlət tərəfində ratifikasiya edildikdən sonra qüvvəyə minmişdir. Qeyd edilən Konvensiya və onun Fakültativ Protokolunun əsas məqsədi işgəncələrin qarşısının alınması üçün azadlıqdan məhrum edilmiş şəxslərin saxlanıldığı yerlərə müstəqil beynəlxalq və milli orqanlar tərəfindən müntəzəm başçəkmələrin həyata keçirilməsi sisteminin yaradılmasından ibarətdir.
Həmçinin Fakültativ Protokolun 17-ci maddəsinə əsasən Protokolun qüvvəyə minməsindən, və ya onun ratifikasiyasından, yaxud ona qoşulmasından sonra bir ildən gec olmayaraq hər bir iştirakçı dövlət milli səviyyədə işgəncələrin qarşısının alınması üçün bir və ya bir neçə müstəqil milli preventiv mexanizmləri dəstəkləyir, təyin və ya təsis edir.
Milli Preventiv Mexanizmin mandatına dair əsas tələblərin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunun 18-23-cü maddələrində təsbit olunduğunu nəzərə çatdıran məruzəçi bu protokolda nəzərdə tutulmuş preventiv mexanizm funksiyalarının Naxçıvan Muxtar Respublikasında həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) səlahiyyətləri barəsində tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, Birləşmiş Millətlər Təşkilatının İşgəncənin və qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəzanın qarşısının alınması üzrə Avropa Konvensiyası, onun Fakültativ Protokolu, həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən ətraflı cavablandırılmışdır.
Tədbirə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Ülvi Qurbanov yekun vurmuşdur.
 
Mətbuat xidməti
  16/03/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).