19:41 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq hüquqi maarifləndirmə tədbirləri 2017-cı ildə də uğurla davam etdirilir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin İstintaq Təcridxanasında və Qarışıq rejimli cəzaçəkmə müəssisəsində növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Belə ki, martın 30-da İstintaq Təcridxanasında "Cəzaçəkmə müəssələrində və ya İstintaq təcridxanasında saxlanılan şəxslərə qadağan olunmuş əyaların verilməsi, ötürülməsi, həmçinin məhkumlar tərəfindən həmin əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin tələbləri" mövzusunda hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Qeyd edilən tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşları Abil Orucəliyev və Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov və İstintaq Təcridxanasının əməkdaşları iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev qeyd etmişdir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 74-cü maddəsinə əsasən cəzanın icrası qaydalarını təmin etmək məqsədilə məhkumlara cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları ilə müəyyən edilmiş əşyaların verilməsi və ya ötürülməsi, habelə onlar tərəfindən belə əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsinin qadağan olunur.
A.Orucəliyev bildirmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-1.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların yoxlamadan gizlətməklə və ya hər hansı digər üsulla verilməsi və ya ötürülməsinin min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində qeyd olunur ki, cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Daha sonra Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi rejim-1 bölməsində "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və Preventiv Mexanizm funksiyalarının həyata keçirilməsi qaydası" mövzusunda hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir. Qeyd etmək lazımdır ki, bu tədbirdə təkcə Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin əməkdaşları deyil, həm də ümumi rejim-1 bölməsində çəza çəkən məhkumlar da iştirak etmişdir.
Abil Orucəliyev bu tədbirdə qeyd etmişdir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 8-ci maddəsinə əsasən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və ya fəaliyyət göstərən hüquqi şəxslərin Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır. Naxçıvan Muxtar Respublikasındakı cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər hər hansı yoxlamadan keçirilmədən 24 saat müddətində Müvəkkilə göndərilməlidir.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Cəzaların İcrası, Cinayət və Cinayət-Prosessual Məcəllərinin, həmçinin, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikası qanununun və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Sonda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
Mətbuat xidməti
30.03.2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).