8:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın Preventiv qrupunun üzvləri mart ayı ərzində bir sıra başçəkmələr həyata keçirmişdir.
 
2017-ci ilin mart ayı ərzində Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Sədərək, Şərur, Kəngərli, Babək, Culfa və Ordubad rayon polis şöbələrinə, Şərur rayon polis şöbəsinin İbadullah polis bölməsinə, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyində olan Psixi Xəstəliklər Dispanserinə və Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan Ordubad şəhər tam orta İnternat məktəbinə, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi rejim-1 və qadınlar bölməsinə qabaqcadan xəbər verilmədən planlı olaraq başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun olaraq keçirilmiş başçəkmələrdə yuxarıda adı çəkilən müəssisələrdə saxlanılma və ya müalicə alma şəraiti və rəftar, həmçinin saxlanılan və ya müalicə alan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərə, habelə kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım və digər məsələlərin icra vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
Mətbuat xidməti
31/03/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).