9:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyası ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq hüquqi maarifləndirmə tədbirləri 2017-ci ildə də uğurla davam etdirilir.
 
Hər il olduğu kimi, 2017-ci ildə də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) hərbi qulluqçuların hüquqlarının müdafiəsi və hüquqi maarifləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.
Belə ki, martın 31-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşları tərəfindən "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı zastavalarında növbəti hüquqi maarifləndirmə tədbirləri həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov və müvafiq zastavaların əsgər və zabit heyəti iştirak etmişlər.
Həyata keçirilmiş hər iki tədbirdə Abil Orucəliyevin "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və Preventiv Mexanizm funksiyalarının həyata keçirilməsi qaydası" mövzusunda geniş məruzəsi dinlənilmişdir.
A.Orucəliyev qeyd etmişdir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 8-ci maddəsinə əsasən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və ya fəaliyyət göstərən hüquqi şəxslərin Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
A. Orucəliyev bildirmişdir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. Həmin mülahizə 10 gün müddətində Müvəkkilə təqdim edilməlidir.
Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında Preventiv qrup yaradılır.
Həmçinin A. Orucəliyev diqqətə çatdırmışdır ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 18-1.2.1-ci maddəsinə əsasən Preventiv qrupun istənilən vaxt, maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən polis bölmələrinə, müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, cəzaçəkmə müəssisələrinə, qarnizon hauptvaxtlarına, psixiatriya müəssisələrinə, qanunsuz miqrantların saxlanılması mərkəzi və saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərə daxil olmaq, saxlanılan şəxslərlə, habelə müvafiq məlumatı verə biləcək istənilən digər şəxslə təkbətək və ya zəruri hesab etdiyi halda mütəxəssisin və ya tərcüməçinin iştirakı ilə görüşmək və söhbət etmək, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, eləcə də həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan bütün sənədlərlə tanış olmaq və surətlərini almaq, akt tərtib etmək, o cümlədən, həyata keçirdiyi tədbirlərin gedişini və nəticələrini protokollaşdırmaq hüququ təsbit olunmuşdur.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası və "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
Tədbirə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının əməkdaşı Allahyar Allahyarov yekun vurmuşdur.
 
Mətbuat xidməti
03/04/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).