0:59 AZ | RUS | ENG

.
               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi ilə birgə 2017-ci ildə növbəti hüquqi maarifləndirmə tədbiri həyata keçirmişdir. 
 
Hər il olduğu kimi, cari ildə də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Daxili İşlər Nazirliyinin polis idarə, şöbə və bölmələrində hüquqi maarifləndirmə tədbirləri həyata keçirilir.
Bu tədbirlərin davamı kimi, aprelin 13-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Kəngərli rayon polis şöbəsində "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və Preventiv Mexanizm funksiyalarının həyata keçirilməsi qaydası" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Kəngərli rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Kəngərli rayon polis şöbəsinin əməkdaşı Anar Musayev açaraq Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) ilə birgə həyata keçirilən bu kimi tədbirlərin polis əməkdaşlarının hüquqi maarifləndirilməsi prosesində əhəmiyyətli rol oynadığını bildirmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və Preventiv Mexanizm funksiyalarının həyata keçirilməsi qaydası" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 8-ci maddəsinə əsasən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və ya fəaliyyət göstərən hüquqi şəxslərin Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
Abil Orucəliyev bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 1.2-ci maddəsinə əsasən Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş milli preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirir. İşgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə o, saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında Preventiv qrup yaradılır. Preventiv qrup Müvəkkilin preventiv mexanizmin funksiyasının icrası istiqamətində "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun 18-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirir.
Daha sonra məruzəçi "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
Mətbuat xidməti
14/04/2017 













Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).