13:25 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin Əlahiddə Ümumqoşun Ordu komandanlığı ilə birgə təsdiq etdiyi müvafiq tədbirlər planına uyğun olaraq hüquqi maarifləndirmə tədbiri cari ildə də uğurla davam etdirilir. 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili və Əlahiddə Ümumqoşun Ordu Komandanlığı tərəfindən birləşmə və hərbi hissələrdə hüquqi maarifləndirmə sahəsində həyata keçirilən tədbirlərin davamı olaraq aprelin 20-də Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Ramazan Abdullayev və "N" saylı hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən insan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması və Preventiv mexanizm funksiyalarının həyata keçirilməsi qaydası ilə bağlı həyata keçirilmiş tədbirdə Abil Orucəliyev geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 8-ci maddəsinə əsasən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və ya fəaliyyət göstərən hüquqi şəxslərin Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haaqında" Naxçıvan Muxtar Respublikası Qanununun 1.2-ci maddəsinə uyğun olaraq Müvəkkil "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"nın Fakültativ Protokolunda nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarını Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyini vurğulayan A.Orucəliyev bildirmişdir ki, Müvəkkil işgəncənin və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısını almaq məqsədi ilə saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə müntəzəm surətdə və ya zəruri saydığı istənilən halda baş çəkir.
Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 1.2-ci maddəsində nəzərdə tutulmuş preventiv mexanizmin funksiyalarının həyata keçirilməsi məqsədi ilə Müvəkkilin aparatında Preventiv qrup yaradılır və bu qrup Müvəkkilin preventiv mexanizmin funksiyasının icrası istiqamətində həmin qanununun 18-1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirir.
Sonra məruzəçi "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
Mətbuat xidməti
20/04/2017 

 














      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).