16:24 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada seminar keçirilmişdir.

 
Aprelin 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada "Dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi" və "Dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması" mövzularında keçirilmiş seminarda Komissiya sədri İsmayıl Qəriblinin geniş məruzəsi dinlənilmişdir. 
Seminarda İ.Qəribli dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi barədə tədbir iştirakçılarına məlumat verərək qeyd etmişdir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 30-1-ci maddəsinə əsasən, inzibati vəzifə tutan dövlət qulluqçularının illik xidməti fəaliyyəti qiymətləndirilməlidir. Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsində məqsəd onun il ərzində vəzifəsinin öhdəsindən gəlməsini, tutduğu vəzifəyə dair tələblərin yerinə yetirilməsini qiymətləndirməkdən və dövlət qulluqçusunun gələcək inkişafını müəyyən etməkdən ibarətdir.
Qeyd olunan normanın Naxçıvan Muxtar Respublikasında icrasının təmin edilməsi məqsədilə 2016-cı ildə ilk dəfə olaraq muxtar respublikada dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə başlanıldığını bildirən Komissiya sədri bildirmişdir ki, həmin ildə inzibati vəzifə tutan 1522 dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi həyata keçirilmişdir. 
Həmçinin, İ. Qəribli qeyd etmişdir ki, vəzifə təlimatları dövlət qulluqçusunun tutduğu vəzifənin funksiyalarının təsvir edilməsi üçün tərtib olunur və dövlət qulluqçusu fəaliyyətini vəzifə təlimatlarının tələblərinə uyğun olaraq həyata keçirməlidir. 
Sonra seminar komissiyanın sektor müdiri Türkan Gülməmmədlinin və şöbə müdiri Ümid Qurbanovun dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi və vəzifə təlimatı qaydaları barədə çıxışları ilə davam etdirilmişdir. 
Slaydlarla müşayiət olunan çıxışlardan sonra seminar iştirakçılarını maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
Qeyd etmək lazımdır ki, 51 dövlət orqanının əməkdaşının iştirak etdiyi seminarda, həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı da iştirak etmişdir.
 
Mətbuat xidməti
24/04/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).