14:37 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Polis şöbələrində hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

 
Aprelin 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Culfa rayon polis şöbəsində növbəti hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları Yulət Əliyev, Turqut Seyidli və Culfa rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev "İşgəncənin və qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəzanın beynəlxalq və milli qanunvericilikdə təsbiti" mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, İşgəncə və digər qəddar, qeyri-insani və ya insan ləyaqətini alçaldan rəftar və ya cəza növləri əleyhinə Birləşmiş Millətlər Təşkilatı Konvensiyasının 1-ci maddəsinə əsasən işgəncə dedikdə, hər hansı bir şəxsə ondan və ya başqa şəxsin məlumat almaq, yaxud onun etirafına nail olmaq, onu və ya başqa şəxsi törətdiyi, yaxud törədilməsində şübhələnilən hərəkətə görə cəzalandırmaq, həmçinin onu və ya başqa şəxsi qorxutmaq və ya məcbur etmək, yaxud dövlətin vəzifəli şəxsi və ya rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud da onların təhriki və ya onların bixəbərliyi, yaxud göz yumması ilə hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan istənilən səbəbə görə qəsdən güclü fiziki, yaxud mənəvi ağrı və əzab yetirən hərəkətlər başa düşülür.
Abil Orucəliyev qeyd etmişdir ki, İnsan Hüquqları haqqında Ümumi Bəyannəmənin 5-ci, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 7-ci, "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 3-cü maddəsinə əsasən heç kim işgəncəyə və ya qəddar, qeyri-insani və ya onun ləyaqətini alçaldan münasibətə və cəzaya məruz qalmamalıdır.
İşgəncələrin qadağan olunmasının Azərbaycan Respublikasının milli qanunvericiliyində də öz əksini tapdığını diqqətə çatdıran A.Orucəliyev vurğulamışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsində hər kəsin öz şərəf və ləyaqətini müdafiə etmək hüququ təsbit olunmuşdur. Şəxsiyyətin ləyaqəti dövlət tərəfindən qorunur və heç bir hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Heç kəsə işgəncə və əzab verilə bilməz və heç kəs insan ləyaqətini alçaldan rəftara və cəzaya məruz qala bilməz.
Daha sonra məruzəçi Azərbaycan Respublikasının cinayət və cəzaların icrası məcəllələrinin və digər qanunvericilik aktlarının müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
Mətbuat xidməti
28/04/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).