8:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ombudsmanın Preventiv qrupunun üzvləri aprel ayı ərzində bir sıra başçəkmələr həyata keçirmişdir.

 
2017-ci ilin aprel ayı ərzində Müvəkkilin Preventiv qrupunun üzvləri tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Müvəqqəti Saxlama Yerinə, o cümlədən, Kəngərli, Şahbuz və Culfa rayon polis şöbələrinə, Babək rayon polis şöbəsinin Cəhri polis bölməsinə, həmçinin, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evi"nə qabaqcadan xəbər vermədən planlı olaraq başçəkmələr həyata keçirilmişdir.
"Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun tələblərinə uyğun olaraq keçirilmiş başçəkmələrdə yuxarıda adı çəkilən müəssisələrdə saxlanılma şəraiti araşdırılmış, həmçinin saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərə, habelə kameralara baxış keçirilmiş, qidalanma, tibbi yardım və digər məsələlərin icra vəziyyəti öyrənilmişdir.
Başçəkmələr zamanı Preventiv qrupun üzvləri tərəfindən hər hansı pozuntu halları aşkar edilməmişdir.
 
Mətbuat xidməti
28.04.2017  













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).