22:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Əlahiddə Ümumqoşun Ordusunun "N" saylı hərbi hissəsində tədbir keçirilmişdir.

 
Həyata keçirilmiş tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Qarnizonu Təhqiqat Xidmətinin əməkdaşı Ramazan Abdullayev və "N" saylı hərbi hissənin zabit, gizir və əsgər heyəti iştirak etmişdir.
Tədbirdə Ombudsman aparatının əməkdaşı Abil Orucəliyev "Ombudsman təsisatının insan hüquqlarının müdafiəsində rolu və əhəmiyyəti" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, insan hüquqlarının məhkəmədən kənar müdafiə mexanizmləri sırasında dünyada ən geniş yayılmış təsisat Ombudsman təsisatıdır ki, bu qurum 1809-cu ildə İsveçdə yaranmış və inkişaf edərək bir çox Avropa və dünya dövlətlərinə yayılmışdır.
Azərbaycan Respublikasında insan hüquqlarının təmin edilməsini ümumdövlət vəzifəsi hesab edən Ümummilli Lider Heydər Əliyevin 22 fevral 1998-ci il tarixli "İnsan və vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərmanında və 18 iyun 1998-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramı"nda ilk dəfə ombudsman institutunun təsis edilməsinin nəzərdə tutulduğunu diqqətə çatdıran A.Orucəliyev bildirmişdir ki, 28 dekabr 2001-ci il tarixdə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Azərbaycan Respublikasnın "İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya qanunu qəbul edilmişdir.
Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirilən hüquq islahatlarının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirildiyini vurğulayan natiq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasında da insan hüquqlarının müdafiəsi mexanizmləri təkmilləşdirilmiş, 2006-cı ildə muxtar respublikada yeni təsisat - Ombudsman təsisatı fəaliyyətə başlamışdır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Müvəkkilin səlahiyyətləri barədə məlumat verərək bildirmişdir ki, "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun 8-ci maddəsinə əsasən Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan və ya fəaliyyət göstərən hüquqi şəxslərin Naxçıvan Muxtar Respublikasında insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
Sonra məruzəçi "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
 Mətbuat xidməti 
17.05.2017 
 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).