22:26 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilib.
 
Mayın 30-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbirdə Ombudsman aparatının əməkdaşı Asiman Abbasov, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov, Naxçıvan Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinin baş həkimi Rəsmiyyə Xasayeva və Mərkəzin digər əməkdaşları iştirak etmişlər. 
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Asiman Abbasov "1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür" mövzusunda geniş məruzə ilə çıxış edərək qeyd etmişdir ki, 1950-ci il iyunun 1-də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənmiş və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərara alınmışdır. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüş və dünyanın əksər ölkələrində olduğu kimi, bu tarixi gün Azərbaycanda da qeyd edilir.
Asiman Abbasov qeyd etmişdir ki, 1959-cu il noyabrın 20-də isə BMT-nin Baş Məclisi Uşaq Hüquqları Bəyannaməsini yekdilliklə qəbul etmişdir. Bu sənəddə uşaqların qorunmasının hüquqi və sosial prinsipləri öz əksini tapmışdır. Sənədin qəbulunda əsas məqsəd uşaqların xoşbəxt böyümələri, həmçinin, onların rifahı naminə göstərilən hüquq və azadlıqlardan istifadəni təmin etmək olmuşdur. Bəyannamənin girişində deyilir ki, uşaqlar fiziki və əqli cəhətdən yetkin olmadıqlarına görə, həm doğulduqdan əvvəl, həm də sonra onların xüsusi müdafiəyə və qayğıya ehtiyacları vardır.
Uşaq hüquqları Bəyənnaməsində bəyan edilən prinsiplərin öz inkişafını BMT-nin Uşaq Hüquqları Konvensiyasında öz əksini tapdığını vurğulayan Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, 1989-cu il noyabr ayının 20-də BMT Baş Məclisi tərəfindən qəbul edilmiş Uşaq Hüquqları Konvensiyasında uşaqların hüquq və azadlıqları, ad və vətəndaşlıq hüququ, təhsil hüququ, sağlamlıq hüququ, sosial təminat hüququ, rəyi ifadə etmək azaldığı, əqidə, vicdan və din azaldığı, informasiyadan istifadə etmək hüququnun təmin edilməsi, şəxsi həyat hüququnun müdafiə edilməsi, qaçqın uşaqların xüsusi statusla müdafiə edilməsi, ailədən məhrum olmuş uşaqların müdafiə edilməsi, valideynlərin məsuliyyəti ilə yanaşı, hər bir uşağın yaşamaq üçün ayrılmaz hüquqa malik olması, uşağın sağ qalmasının və inkişafının təmin edilməsinin dövlətin əsas vəzifəsi olduğu öz əksini tapmışdır.
Azərbaycan Respublikası 1992-ci ildə BMT-nin 20 noyabr 1989-cu il tarixli Uşaq Hüquqları Haqqında Konvensiyasına qoşulduqdan sonra onun müddəalarını rəhbər tutaraq 19 may 1998-ci ildə "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu qəbul edilmişdir. 
Sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, Uşaq Hüquqları haqqında Konvensiya, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanunu və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
Mətbuat xidməti
01/06/2016 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).