22:07 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

"Vətəndaşların dövlət qulluğuna qəbulunun yeni qaydaları" mövzusunda seminar keçirilib.
 
Mayın 30-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 52 dövlət orqanı nümayəndəsinin iştirakı ilə keçirilmiş seminar vətəndaşların dövlət qulluğuna qəbulunun yeni qaydalarına həsr edilmişdir.
Seminarda Komissiya sədri İsmayıl Qəribli çıxış edərək qeyd etmişdir ki, "Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi (Dövlət qulluğuna qəbul) Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli Qanunu ilə dəyişdirilərək yeni redaksiyada verilmişdir. Qanunun muxtar respublikada icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti tərəfindən "Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası" və "Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə sertifikatın forması" təsdiq edilmişdir.
Sonra komissiyanın əməkdaşı Türkan Gülməmmədli inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul, test imtahanının məzmunu, imtahanda istifadə ediləcək tapşırıqların ümumi sayı, tapşırıqların sahələr və çətinlik dərəcəsi üzrə növü və bölgüsü, həmçinin inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq namizədin dövlət qulluğu vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən sertifikat haqqında yeni qaydaları izah etmişdir.
Qeyd etmək lazımdır ki, seminarda, həmçinin Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı da iştirak etmişdir.
 
Mətbuat xidməti
01/06/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).