9:28 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ordubad rayon polis şöbəsində tədbir keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşları polis şöbələrində hüquqi maarifləndirmə tədbirlərinin həyata keçirilməsi işini bu gün də davam etdirmişdir. Belə ki, iyunun 8-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən Ordubad rayon polis şöbəsində növbəti hüquqi maarifləndirmə tədbiri həyata keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Ordubad rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Abil Orucəliyev "Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, o cümlədən muxtariyyətin tarixi və hüquqi əsasları" mövzusunda məruzə ilə çıxış edərək qeyd etmişdir ki, Naxçıvanın muxtariyyət statusunun əsası 1921-ci il 16 mart tarixli Moskva müqaviləsi ilə qoyulmuş, 1921-ci il 13 oktyabr tarixli Qars beynəlxalq müqaviləsi ilə həmin status daha da möhkəmləndirilmişdir.
Moskva və Qars müqavilələrinin imzalanmasının böyük tarixi və hüquqi əhəmiyyəti olduğunu vurğulayan A.Orucəliyev bildirmişdir ki, bu müqavilələr Azərbaycanın ərazi bütövlüyünün qorunmasında əvəzsiz rol oynamışdır. Belə ki, RSFSR ilə Türkiyə arasında 1921-ci il martın 16-da imzalanmış 16 maddə və 3 əlavədən ibarət Moskva müqaviləsinin 3-cü maddəsinə əsasən razılığa gələn hər iki tərəf həmin müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəyi şərti ilə razı olmuşlar.
Həmçinin, Ombudsmanın nümayəndəsi əlavə etmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsində Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının tərkibində muxtar dövlət olması və Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması öz əksini tapmışdır.
Daha sonra məruzəçi mövzu ətrafında tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.
 
Mətbuat xidməti
08/06/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).