19:44 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Psixi Xəstəliklər Dispanserində tədbir keçirilib.
 
İyunun 16-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserində "Şəxsin məhkəmə qaydasında fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə bağlı qanunvericiliyin tələbləri" mövzusunda tədbir keçirilmişdir.
Tədbirdə Ombudsman aparatının əməkdaşları Asiman Abbasov və Turqay Mirzəyev, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin əməkdaşı Sərxan Əkbərov, Naxçıvan Muxtar Respublikası Psixi Xəstəliklər Dispanserinin baş həkimi Rəşadət Nabatov və Dispanserin digər əməkdaşları iştirak etmişlər.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) aparatının əməkdaşı Asiman Abbasov çıxış edərək qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 317-ci maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi üçün məhkəməyə onun ailə üzvləri, yerli icra hakimiyyətlərinin qəyyumluq və himayəçilik orqanı ərizə ilə müraciət edə bilərlər. Məhkəməyə ərizə ilə müraciət etmək hüququnun mənsubluğu baxımından spirtli içkilərdən, narkotik vasitələrdən və ya psixotrop maddələrdən sui-istifadə edən və ya qumara qurşanan şəxsin ailə üzvlərinə aiddir (onunla birlikdə yaşayan əri (arvadı), yetkinlik yaşına çatmış uşaqları, atası (anası), başqa qohumları).
Qeyd olunmuşdur ki, ərizə, ərizə vermək hüququna malik olmayan şəxs tərəfindən verildikdə, Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən, ərizənin geri qaytarılması haqqında qərardad çıxarılmalıdır. Ərizə vermək hüququna malik olmayan şəxs tərəfindən verilmiş ərizə icraata qəbul edilmişdirsə, Azərbaycan Respublikası Mülki-Prossesual Məcəlləsinin 259.0.3-cü maddəsinə əsasən ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarılmalıdır. 
Sonra məruzəçi Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikası Mülki və Mülki-Prossesual Məcəllələrinin, həmçinin Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanununun müvafiq müddəaları barədə tədbir iştirakçılarına ətraflı şəkildə məlumat vermişdir.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
Mətbuat xidməti
  16/06/2017 













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).