Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 21 iyun tarixli 1480 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət qulluğu vəzifəsinin tutulması məqsədi ilə müsahibə keçirilməsi Qaydası"na əsasən Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında İnsan hüquqlarının müdafiəsi şöbəsində "baş məsləhətçi - uşaqların və əlillərin hüquqlarının müdafiəsi üzrə" və Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və ictimaiyyətlə əlaqələr şöbəsində "baş məsləhətçi - beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üzrə" vəzifələrinin tutulması üçün ümumi müsahibə elan edilir.
Vakant olan İnsan hüquqlarının müdafiəsi şöbəsində "baş məsləhətçi - uşaqların və əlillərin hüquqlarının müdafiəsi üzrə" vəzifəsinə qəbul üçün keçiriləcək müsahibədə hüquqşünaslıq ixtisası üzrə ali təhsilli, 3 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı olan və dövlət orqanında inzibati vəzifələrdə çalışmış şəxslər iştirak edə bilər.
Müsahibədə vakant "baş məsləhətçi - beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq üzrə" vəzifəsinə qəbul üçün keçiriləcək müsahibədə dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), xarici dil müəllimliyi (dillər üzrə), filologiya (dil və ədəbiyyat göstərilməklə), tərcümə (dillər üzrə), politologiya, regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər, dövlət və bələdiyyə idarəetməsi, dövlət və ictimai münasibətlər ixtisasları üzrə ali təhsilli, 3 il struktur bölmənin fəaliyyət istiqamətləri üzrə iş stajı olan şəxslər iştirak edə bilər.
Elan edilmiş müsahibədə iştirak üçün müraciət edən namizəd "Dövlət Qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 27-ci maddəsinin və qanunvericiliklə müəyyən olunmuş vakant vəzifələrin tutulmasının ümumi şərtlərinin tələblərinə cavab verməlidir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər 15 oktyabr 2024-cü il tarixədək "Dövlət qulluğu üzrə müraciət Forması"nda tələb olunan müvafiq məlumatları Dövlət İmtahan Mərkəzinin İnternet portalına (https://exidmet.dim.gov.az/dqq/Elan/UmMshMshElanList?ElanID=550) daxil edərək məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.
18.09.2024
Müsabiqə şərtləri:
Müsabiqəyə təqdim olunmuş məqalələrdə üstünlük veriləcək:
- Mövzunu dolğun əhatə etmə səviyyəsi;
- Faktlardan istifadə xüsusiyyətləri və araşdırmanın keyfiyyəti;
- İfadə vasitələrinin zənginliyi;
- Maarifləndiricilik xüsusiyyəti;
- Oxucu üçün informasiyalılıq dərəcəsi;
- Müsabiqəyə 6 maydan 6 iyunadək çap və onlayn media subyektlərində yayımlanan məqalələr buraxılacaq;
- Müsabiqəyə təqdim olunmuş məqalələr Azərbaycan dilində hazırlanmalı, 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Məqalədə "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi münasibətilə keçirdiyi müsabiqəyə təqdim olunur" qeydi olmalıdır.
Məqalələrin təqdim edilməsi:
Müsabiqə üçün yazıların təqdimatı 2 yolla aparılır - şəxsən və elektron qaydada.
Məqalələr təqdim edilərkən aşağıdakılar nəzərə alınmalıdır:
- Məqalə təqdim edən şəxsin şəxsiyyət vəsiqəsinin surəti;
- Məqalə təqdim edən şəxsin əlaqə vasitələri - ev və iş telefonu, mobil telefonu;
- Məqalə (elektron qaydada təqdim edilərkən "Word" faylında, imzasız);
- Müsabiqə məqaləsinin yayımlandığı çap mediasının 1 nüsxəsi (elektron qaydada təqdim edilərkən PDF, JPG, yaxud "Word" faylında);
- Məqalə elektron media resursunda yayımlanıbsa, bunu təsdiqləyən "link";
- Materialın yazılı formada A4 formatlı kağız vərəqində 3 nüsxəsi (nüsxələrdə müəllifin adı göstərilməməlidir).
Məqalə və məlumatlar elektron poçt vasitəsilə nmr.ombudsman.musabiqe@gmail.com ünvanına təqdim edilməlidir.
Müsabiqə üçün məqalələr elektron poçt vasitəsilə, eləcə də şəxsən 6 may 2024-cü il tarixdən 6 iyun 2024-cü il tarixədək, həftənin iş günləri saat 10:00-dan 17:00-dək Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Atatürk küçəsi 8 ünvanına təqdim edilməlidir.
Təqdimat prosesində müsabiqə şərtlərinin hər hansı birinin yerinə yetirilməməsi qaydaların pozulması kimi qiymətləndiriləcək və yazı qəbul edilməyəcək.
06.05.2024