Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) yaradılması və fəaliyyəti barədə məlumat. 1. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanunu 20.02.2006-cı ildə qəbul olunub. 2. "Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikasının Qanununun tətbiqi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 21.02.2006-ci il tarixdə Fərman imzalanıb. 3. 11.07.2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının ilk Ombudsmanı seçilib. 4. 18.09.2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinə (Ombudsmana) ilk yazılı müraciət ünvanlanıb. 5. 26.10.2006-cı il tarixdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında ilk şəxs qəbulu (şifahi qəbul) həyata keçirilib.
|