Rzayeva Günay Tapdıq qızı
29 yanvar 1990-cı ildə Naxçıvan şəhərində anadan olmuşdur. 2008-ci ildə Naxçıvan Qızlar Liseyini fərqlənmə attestatı ilə bitirmişdir. 2008-2013-cü illərdə Naxçıvan Dövlət Universitetinin Sosial İdarəetmə və Hüquq fakultəsində hüquqşünaslıq ixtisası üzrə ali təhsil almışdır. 2011-2014-cü illərdə Naxçıvan Muxtar Respublikasının İnzibati-İqtisadi Məhkəməsində böyük mütəxəssis-dəftərxana müdiri, 2014-2015-ci illərdə hakim köməkçisi vəzifəsində çalışmışdır. 2020-2021-ci illərdə Babək Rayon Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi vəzifəsində çalışmışdır. 2021-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Aparatının Qanunçuluq və hüquq-mühafizə orqanları ilə iş şöbəsində məsləhətçi vəzifəsində çalışmışdır. 16 iyul 2022-ci il tarixdə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeddinci sessiyasında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilmişdir.
|