21:32 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Ümummili Lider Heydər Əliyev Azərbaycan ordusunun qurucusudur.
 
İyunun 12-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının birgə təşkilatçılığı ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının N saylı sərhəd zastavalarında tədbirlər həyata keçirilmişdir.
Tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi Abil Orucəliyev, "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının nümayəndəsi Şəhriyar Aslanov və müvafiq zastavaların əsgər və zabit heyəti iştirak etmişdir. 
 
 
Tədbiri giriş sözü ilə "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının nümayəndəsi Şəhriyar Aslanov açaraq qeyd etmişdir ki, hərbi qulluqçuların hüquqi maarifləndirilməsi ilə bağlı hər il Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili ilə birgə müvafiq tədbirlər planı hazırlanır və bu plana uyğun olaraq sərhəd zastavalarında hüquqi maarifləndirici tədbirlər həyata keçirilir.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının nümayəndəsi Abil Orucəliyevin "Ümummilli lider Heydər Əliyev- Azərbaycan ordusunun qurucusudur" mövzusunda çıxışı dinlənilmişdir. O, qeyd etmişdir ki, Azərbaycan Respublikası öz müstəqilliyini yenidən bərpa etdikdən sonrakı dövrdə güclü Azərbaycan Ordusunun yaranması, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşəkkül tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Qeyd olunmuşdur ki, Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra həyata həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, 1993-2003-cü illərdə nizami və qüdrətli Azərbaycan Ordusunun təməli qoyulmuş, əsgər və zabitlərimizin hərbin sirlərinə daha da dərindən yiyələnmələri üçün mühüm şərait yaradılmışdır.
Abil Orucəliyev bildirmişdir ki, bu gün Azərbaycanda hərbi quruculuq yüksələn xətlə inkişaf edir. Bunun ən başlıca səbəbi isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin dövlət başçısı postunda fəaliyyətə başladığı ilk gündən ümummilli liderimizin həyata keçirdiyi strateji əhəmiyyətli tədbirləri və ənənələri uğurla davam etdirməsi, o cümlədən, ordu quruculuğu işini prioritet elan etməsi ilə bağlıdır. Heydər Əliyev kursunun layiqli davamçısı Azərbaycan Prezidenti İlham Əliyev ordu problemlərini hər an diqqət mərkəzində saxlayır, Silahlı Qüvvələrimizin döyüş hazırlığının artırılmasını dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi dəyərləndirir.
Vurğulanmışdır ki, bu gün Azərbaycan ordusunda baş verən bu inkişaf Naxçıvan Muxtar Respublikasında da özünü büruzə verir. Blokada şəraitində olan və düşmənlə üz-üzə dayanan Naxçıvandakı silahlı qüvvələr istər döyüş qabiliyyəti, istərsə də maddi-texniki təchizatı baxımından ən müasir hərbi standartlara cavab verir. Dövlət başçısının "Azərbaycan Respublikası Müdafiə Nazirliyi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 2013-cü il 18 dekabr tarixli Fərmanına əsasən 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordunun yaradılması Naxçıvanın müdafiə potensialının, hərbi hissələrin döyüş hazırlığının daha da yüksəlməsinə əsaslı zəmin yaratmışdır.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
13/06/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).