4:10 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan hərbi şəhərciyində Döyüş Şöhrəti Muzeyi və istirahət parkı istifadəyə verilmişdir.
 
İyunun 23-də Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi istifadəyə verilmişdir. 
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə tanış olmuşdur. 
 
 
Məlumat verilmişdir ki, muzeyin ümumi sahəsi 13 min kvadratmetrdir. Burada müxtəlif illərdə döyüş növbətçiliyinə qəbul edilmiş 26 adda silah, texnika və qurğular - haubitsa, top və minaatanlar, hava hücumundan müdafiə üzrə döyüş maşınları, zenit raket və qurğuları, "Mi-8T" döyüş-nəqliyyat vertolyotu, yerqazan və maneələğvetmə maşınları, tanklar, piyadanın döyüş maşınları, zirehli transportyor və döyüş kəşfiyyat maşınları, dartıcılar, eləcə də müxtəlif hərbi təyinatlı avtomobillər nümayiş olunur. Hər bir döyüş texnikası audi-məlumatlandırma sistemi ilə təmin edilib. 
 
 
Şəhər sakinlərinin və qonaqların muzeylə tanışlıqları üçün lazımi şərait yaradılmışdır. 
 
 
Baxış zamanı qeyd olunmuşdur ki, ərazidə yeni istirahət parkı da salınıb. 5 min kvadratmetr sahəni əhatə edən parkda dekorativ ağaclar və gül kolları əkilib, şəlalə tikilib, müasir işıqlandırma sistemi quraşdırılıb. Parkda oturacaqlar və şahmat stolları qoyulub, sakinlərin mənalı istirahəti təmin edilmişdir.
 
 
25/06/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).