5:57 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hüquqi maarifləndirmə tədbirləri davam etdirilir.
 
İyun ayının 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Taboru və 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində, həmçinin Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin Ümumi rejim-1 bölməsi və Ciddi rejimində növbəti hüquqi maarifləndirici tədbirlər həyata keçirilmişdir.
Həyata keçirilmiş tədbirlərdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşları Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov, müvafiq müəssisələrdə cəzaçəkən məhkumlar və aid müəssisələrin əməkdaşları iştirak etmişdir.
Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı Əli Rəhimov giriş sözü ilə çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər məhkumların islah olunmasında, hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır. 
Qarışıq Rejimli Cəzaçəkmə Müəssisəsinin ciddi rejimində həyata keçirilmiş tədbirdə "Məhkumlara tətbiq edilən tənbeh və həvəsləndirmə tədbirləri", Ümumi rejim-1 bölməsində "18 iyun Azərbaycan Respublikasında İnsan hüquqları günüdür", 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində həyata keçirilmiş tədbirdə "Ümummilli lider Heydər Əliyev tərəfindən insan hüquq və azadlıqlarının təmini və müdafiəsi məqsədilə həyata keçirilən hüquqi islahatlar: humanist cəza siyasəti" və Mühafizə Taborunda həyata keçirilmiş tədbirdə isə "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" mövzularında Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyevin geniş çıxışları olmuşdur.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
27/06/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).