15:42 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtıdır.
 
İyun ayının 28-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Şərur rayon polis şöbəsində növbəti hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev və Şərur rayon polis şöbəsinin zabit və sıravi rəis heyəti iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Yulət Əliyev giriş sözü ilə çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır. 
 
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşı Abil Orucəliyev tədbirdə "İslam mədəniyyətinin paytaxtı Naxçıvan-2018" mövzusunda çıxış edərək qeyd etmişdir ki, qədim Azərbaycan torpağı olan Naxçıvan antik və orta əsrlər dövrünə aid türk-islam mədəniyyəti nümunələri və tarixi abidələrlə - qədim yaşayış yerləri, şəhərlər, möhtəşəm qalalar, xatirə memarlığının ən mükəmməl nümunələri olan türbələr və təkrarsız təbiət abidələri ilə zəngindir. Naxçıvan ən qədim dövrdən başlayaraq türk mədəniyyətini günümüzə qədər gətirib çıxarmışdır. 
 
 
Qeyd olunmuşdur ki, bu gün müstəqil Azərbaycanın hər yerində olduğu kimi, Mömünə xatun, Qarabağlar, Gülüstan və Küseyir İbn türbələri, Xanəgah Memarlıq Kompleksi, Ordubad Qeysəriyyəsi, Came məscidi, Şərq hamamı, Zaviyyə-Mədrəsə binası, Xan sarayı, Əshabi-Kəhf Ziyarətgahı Dini-Mədəni Abidə Kompleksi kimi türk-islam mədəniyyəti nümunələri ilə zəngin olan qədim Naxçıvan torpağında da dini-mənəvi dəyərlərimizə hörmətlə yanaşılır. Min illər ərzində formalaşan tarixi-mədəni irsimizi, xüsusilə türk-islam mədəniyyəti ənənələrini davam etdirən naxçıvanlı memarlar yeni axtarışları, tapıntıları və nailiyyətləri ilə dəyərli sənət nümunələri yaradırlar. 
Abil Orucəliyev vurğulamışdır ki, İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin mədəniyyət nazirlərinin 2009-cu ilin oktyabrında Bakı şəhərində keçirilmiş altıncı konfransında qəbul edilmiş qərarla Naxçıvan şəhəri 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan olunmuş, bu məqsədlə Azərbaycan Respublikası Prezidenti tərəfindən 2016-cı il 2 iyun tarixində "Naxçıvan şəhərinin 2018-ci il üçün İslam mədəniyyətinin paytaxtı elan edilməsi ilə əlaqədər Təşkilat Komitəsinin yaradılması haqqında" Sərəncam imzalanmışdır.
Ombudsmanın aparatının əməkdaşı əlavə etmişdir ki, Təşkilat Komitəsinin Tədbirlər Planına uyğun olaraq "İslam mədəniyyətinin paytaxtı Naxçıvan - 2018" loqotipi, Naxçıvan şəhərinin İslam mədəniyyətinin paytaxtı olmasını əks etdirən videoçarxlar, suvenirlər, zərf və poçt markaları, kitablar hazırlanmış, "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı-2018" rəsmi internet səhifəsi yaradılmışdır.
Qeyd etmək lazımdır ki, iyunun 20-də muxtar respublikanın paytaxtında Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı elan olunması ilə bağlı təntənəli mərasim - "Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı - 2018"-in açılış tədbiri keçirilmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
29/06/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).