0:47 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

İyun ayı ərzində bir sıra başçəkmlər həyata keçirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin preventiv mexanizm fəaliyyəti ilə əlaqədar olaraq 2018-ci ilin iyun ayı ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Naxçıvan şəhər polis idarəsində, Naxçıvan şəhər Hava Nəqliyyatında polis şöbəsində, o cümlədən, Sədərək, Şərur, Kəngərli, Şahbuz, Babək və Culfa rayon polis şöbələrində, Şərur rayon polis şöbəsinin İbadulla, Babək rayon polis şöbəsinin Cəhri, Culfa rayon polis şöbəsinin Əlincə polis bölmələrində, həmçinin Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 saylı Məntəqə Tipli Cəzaçəkmə Müəssisəsində və İstintaq Təcridxanasında, o cümlədən, Qarışıq rejimli cəzaçəkmə müəssisəsinin ümumi-1, ciddi və qadınlar bölmələrində, habelə, Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinin tabeliyində olan Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində, Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan "Ahıllar Evi"ndə əvvəlcədən xəbərdarlıq edilmədən başçəkmələr həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu əsasında təşkil edilmiş başçəkmələr zamanı saxlanma şəraiti, o cümlədən rəftar məsələləri araşdırılmış, məcburi və könüllü qaydada saxlanılan şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
02/07/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).