1:46 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yaşayış binası tikilir.
 
Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər içərisində hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması xüsusi yer tutur. Hərbi hissələrdə istifadəyə verilən yeni yaşayış binaları zabit-gizir ailələrinin rahat yaşayışını təmin edir. Bu il də Kəngərli rayonunun Qıvraq qəsəbəsindəki hərbi hissədə zabit-gizir ailələri üçün yeni yaşayış binası tikilir.
İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada aparılan tikinti işləri ilə maraqlanmışdır. 
 
 
Bildirilmişdir ki, 44 mənzilli yaşayış binası 5 mərtəbədən ibarət olacaq. Hazırda binanın birinci mərtəbəsində tikinti işləri başa çatdırılmışdır. İki, üç və dörd otaqlı mənzillərdə bütün kommunal-məişət şəraiti yaradılacaq, fərdi istilik sistemi qurulacaq, mebel dəstləri və digər ev əşyaları qoyulacaqdır. Binanın həyəti də abadlaşacaq, avtomobil dayanacağı istifadəyə veriləcəkdir. 
Sonra Ali Məclisin Sədri Qıvraq qəsəbəsində salınan yeni istirahət parkına da baxmışdır. 
Məlumat verilmişdir ki, sakinlərin və hərbiçi ailələrinin mənalı istirahətini təmin etmək üçün parkda yaşıllıq və gülkarlıq sahələri ayrılmış, gəzinti yolları çəkilmişdir. Parkda fəvvarə və müasir işıqlandırma sistemi quraşdırılacaq, oturacaqlar qoyulacaq, dayanacaq yaradılacaqdır. 
 
 
Ali Məclisin Sədri yaşayış binasında və istirahət parkında tikinti işlərinin keyfiyyətlə aparılması, istirahət parkı salınan ərazidə avtomobil yolunun genişləndirilməsi barədə tapşırıqlar vermişdir.
06/07/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).