17:05 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Kəngərli rayonunda yeni yaşayış binası inşa olunur.
 
Kəngərli rayonunun Qıvraq qəsəbəsi aparılan kompleks quruculuq işlərindən sonra müasir görkəm almışdır. İstifadəyə verilən sosial obyektlər, yaradılan istehsal müəssisələri qəsəbənin simasını tamamilə dəyişmiş, sakinlərin rahat yaşayışı təmin olunmuş, məskunlaşma artmışdır. Həyata keçirilən tədbirlərin davamı olaraq bu il Qıvraq qəsəbəsində gənc ailələr üçün yeni yaşayış binası tikilir.
İyulun 5-də Naxçıvan Muxtar Respublikası Ali Məclisin Sədri Vasif Talıbov yaşayış binasında görülən işlərlə tanış olmuşdur.
 
 
Məlumat verilmişdir ki, zirzəmi ilə birlikdə 7 mərtəbədən və 2 girişdən ibarət olan yaşayış binasında əsas tikinti işləri başa çatdırılmışdır. Hazırda binanın fasadında üzləmə işləri görülür, mənzillər təmir olunur. 48 mənzilli binada 2 lift istifadəyə veriləcək, zirzəmidə xidmət sahələri yaradılacaqdır. Mənzillərdən 36-sı ikiotaqlı, 12-si isə 3 otaqlıdır. Binada bütün kommunikasiya xətləri çəkilmişdir.
Yaşayış binasının həyətində də abadlıq işləri aparılacaq, yaşıllıqlar salınacaq, avtomobil dayanacağı istifadəyə veriləcəkdir.
Ali Məclisin Sədri binada tikinti işlərinin bu ilin oktyabr ayına qədər başa çatdırılması barədə müvafiq tapşırıqlar vermişdir.
 
 
06/07/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).