11:35 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.
 
İyulun 14-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari ilə görüşmüşdür.
 
 
İran İslam Respublikasının maliyyə və iqtisadiyyat nazirinin müavini, Gömrük Administrasiyasının prezidenti Foroud Asgari səmimi qəbula görə minnətdarlıq etmiş, Naxçıvanda ilk dəfə olduğunu və muxtar respublikanın inkişafının onda böyük təəssürat yaratdığını bildirmişdir. Foroud Asgari demişdir ki, bu gün İran və Azərbaycan gömrük nümayəndələri arasında keçirilən görüşdə gömrük keçid məntəqələrinin iş saatının artırılması, yüklərin tranzit keçidinin sadələşdirilməsi və sürətləndirilməsi, eləcə də elektron məlumat mübadiləsinin aparılması ilə bağlı məsələlər müzakirə olunmuşdur. Qonaq İran İslam Respublikası ilə Naxçıvan Muxtar Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında gömrük sahəsindəki əməkdaşlığın əhəmiyyətini qeyd etmiş və bu sahədə səylərin artırılacağını bildirmişdir. 
 
 
Ali Məclisin Sədri qonağı Naxçıvanda görməkdən məmnunluğunu bildirmişdir.
Ölkələrimiz arasındakı əlaqələrdən danışan Ali Məclisin Sədri son illər hər iki ölkə prezidentlərinin 12 dəfə görüşdüyünü və bunun ikitərəfli münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün zəmin yaratdığını diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycan və İran gömrük nümayəndələrinin görüşü də ölkələrimiz, eləcə də Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. İran İslam Respublikasına sonuncu səfərinin səmərəli olduğunu bildirən Ali Məclisin Sədri keçirilən görüşlərdə gömrük sahəsində əməkdaşlığın da müzakirə olunduğunu və müsbət nəticələr əldə olunduğunu bildirmişdir. 
Ali Məclisin Sədri Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın yaxın vilayətləri arasındakı əlaqələri diqqətə çatdırmış, gömrük sahəsindəki əməkdaşlığın vacibliyini qeyd etmişdir. 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev və İran İslam Respublikasının Naxçıvandakı Baş konsulu Mənsur Ayrom görüşdə iştirak etmişdir.
 
16/07/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).