1:04 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Vətəndaşların hüquqlarının qorunması bu ilin birinci yarısında da uğurla davam etdirilib.
 
İyul ayının 19-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatında 2018-ci ilin birinci yarısında görülmüş işlərin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaq keçirilib.
 
 
Yığıncağı Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova giriş sözü ilə açaraq bildirib ki, muxtar respublika vətəndaşlarının hüquq və azadlıqlarının müdafiəsinə yönəlmiş tədbirlər 2018-ci ilin birinci yarısında da uğurla davam etdirilib.
 
 
Bəhs olunan dövrdə təşkilat fəaliyyətini, əsasən, insan hüquqlarının müdafiəsi və pozulmasının qarşısının alınması, daxil olan müraciətlərin araşdırılması və müvafiq işlərin görülməsi, hüquqi maarifləndirici tədbirlərin həyata keçirilməsi və insan hüquqlarının müdafiəsi aid dövlət və yerli özünüidarə orqanları ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində qurub.
Məruzəçi vurğulayıb ki, 2018-ci ilin ötən dövrü ərzində də Müvəkkil hüquqi maarifləndirmə sahəsində fəaliyyətini, əsasən, insan hüquqlarının müxtəlif istiqamətləri üzrə, müxtəlif sosial qruplara ünvanlanan müvafiq tədbirlərin həyata keçirilməsi və maarifləndirici vəsaitlərin hazırlanması istiqamətində davam etdirib. Belə ki, 2018-ci ilin birinci yarısında əhalinin müxtəlif sosial qruplarının hüquqlarının müdafiəsi və bu sahədə hüquqi maarifləndirmə diqqət mərkəzində saxlanılıb, bu səpkidə tədbirlər həyata keçirilib.
"Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nda nəzərdə tutulmuş tədbirlərin muxtar respublikada icrası təmin edilib"- deyə çıxış edən Ülkər Bayramova bildirib ki, 2018-ci ilin I yarısında müxtəlif sosial qruplara ünvanlanmış 39 tədbir keçirilib.
Qeyd edilib ki, 2018-ci ilin birinci yarısında Müvəkkilin preventiv mexanizm yurisdiksiyasının şamil olunduğu orqanlar üzrə, ümumilikdə, 18 müəssisədə mütəmadi olaraq və əvvəlcədən xəbərdarlıq edilmədən 25 başçəkmə həyata keçirilib. 
Vurğulanıb ki, ötən ildə də informasiya və ictimaiyyətlə əlaqələrin təşkili istiqamətində işlər davam etdirilib.
Naxçıvan Muxtar Respublikası İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova qarşıda duran vəzifələrdən danışıb, sonra məruzə ətrafında çıxışlar olub.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Ülkər Bayramova iclasa yekun vurub.
 
19/07/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).