14:56 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı.
 
 
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. "Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyi haqqında Əsasnamə" təsdiq edilsin (əlavə olunur).
2. "Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturu" təsdiq edilsin (əlavə olunur).
3. Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin işçilərinin say həddi 47 ştat vahidi olmaqla, Nazirliyin Aparatı üzrə 24 ştat vahidi, rayon (şəhər) mədəniyyət şöbələri üzrə 23 ştat vahidi müəyyən edilsin.
4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
 
Vasif TALIBOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri
 
Naxçıvan şəhəri, 19 iyul 2018-ci il













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).