20:39 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları gətirilib.
 
1990-cı il iyulun 22-də ümummilli liderimiz Heydər Əliyevin Naxçıvana qayıdışı milli qurtuluşumuzun başlanğıc tarixinə çevrildi. Dahi şəxsiyyətin muxtar respublikada həyata keçirdiyi tədbirlər, qəbul etdiyi qərarlar Azərbaycanın bugünkü inkişafına hesablanmışdır. İlk dəfə Naxçıvandan başlanan aqrar islahatlar ulu öndərin ölkəmizdə yenidən siyasi hakimiyyətə qayıdışından sonra genişləndirilərək iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrilmişdir. Hazırda ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında aqrar sahədə kompleks islahatlar həyata keçirilir, hər il muxtar respublikaya yeni kənd təsərrüfatı texnikaları alınıb gətirilir. 
İyulun 21-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyəti tərəfindən alınıb gətirilmiş yeni kənd təsərrüfatı texnikalarına baxmışdır. 
 
 
Məlumat verilmişdir ki, bu il muxtar respublikaya 79 yeni texnika və avadanlıq alınıb gətirilmişdir. Alınan texnikalardan 4-ü Almaniya istehsalı olan "Klass Dominator" markalı kombayn, 3-ü İtaliya istehsalı olan "Landini", 8-i "New Holland", 3-ü Çin istehsalı olan "FL" və 4-ü "Belarus" markalı müxtəlif güclü traktorlardır. "Klass Dominator" kombaynları keyfiyyəti və məhsuldarlığı ilə seçilir. Bu kombaynlar uzun müddət istismar olunmaqla yanaşı, həm də muxtar respublika relyefi üçün əlverişlidir. "Landini" markalı traktorlar da yüksək iş əmsalına malikdir. 
 
 
Tələbata uyğun olaraq gətirilmiş 4 və 5 korpuslu 9 kotan, 2 kipvuran, 40 əl üçün otbiçən, 1 yemdoğrayan, meyvə bağlarının dərmanlanması üçün nəzərdə tutulan 2 çiləyici və digər texnikalar əkin sahələrində, eləcə də təsərrüfat işlərində mütərəqqi aqrotexniki qaydaların tətbiqinə imkan verəcəkdir. Hazırda "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin gübrə anbarlarında da tələbata uyğun ehtiyat yaradılmışdır. 
 
 
Baxış zamanı qeyd olunmuşdur ki, muxtar respublikada torpaq mülkiyyətçilərinin müasir kənd təsərrüfatı texnikaları ilə təminatı məhsul yığımının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Hazırda muxtar respublikada taxıl biçini uğurla davam etdirilir. 
Ali Məclisin Sədri "Naxçıvan Aqrolizinq" Açıq Səhmdar Cəmiyyətinin rayon bazalarının texnikalarla təminatı, kənd təsərrüfatı texnikalarının satışının davam etdirilməsi, yeni texnikalardan səmərəli istifadə olunması və bununla bağlı məlumatlandırma işlərinin aparılması barədə tapşırıqlar vermişdir. 
 
 
23/07/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).