20:30 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Cari ilin iyul ayında da başçəkmələr davam etdirilmişdir.
 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin preventiv mexanizm fəaliyyəti ilə əlaqədar olaraq 2018-ci ilin iyul ayı ərzində Müvəkkilin Preventiv qrupu tərəfindən Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Ordubad, Culfa, Sədərək, Şərur və Kəngərli rayon polis şöbələrində, Şərur rayon polis şöbəsinin İbadulla və Ordubad rayon polis şöbəsinin Biləv polis bölmələrində, həmçinin Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyinin tabeliyində olan Məhəmməd Füzuli adına Ordubad şəhər internat tam orta məktəbində əvvəlcədən xəbərdarlıq etmədən başçəkmələr həyata keçirilmişdir.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Naxçıvan Muxtar Respublikası Qanunu və Birləşmiş Millətlər Təşkilatının "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolu əsasında təşkil edilmiş başçəkmələr zamanı saxlanma şəraiti, o cümlədən rəftar məsələləri araşdırılmış, saxlanılan şəxslərin daxili intizam Qaydalarına və beynəlxalq standartlara uyğun şəkildə hüquqlarının təmin olunması vəziyyəti öyrənilmişdir.
Başçəkmə zamanı Preventiv qrup tərəfindən pozuntu halları aşkar edilməmişdir.
 
31/07/2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).