12:03 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Hüquqi marifləndirmə tədbirlərinin həyata keçirilməsi günün tələbidir.
 
Avqust ayının 16-da Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Babək rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Fariz Nəsirov və Babək rayon polis şöbəsinin zabit heyəti iştirak etmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Fariz Nəsirov giriş sözü ilə çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Abil Orucəliyev tədbirdə "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Avropa Konvensiyası və onun nəzarət mexanizmi" mövzusunda çıxış edərək bildirmişdir ki, XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan Respublikasında aparılan hüquqi islahatlar ilə demokratik, hüquqi dövlət quruculuğu, insan hüquqlarının ən ali dəyər kimi qorunması, insan və cəmiyyətin mənafeyinin daha önə çəkilməsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyənləşdirilmiş, ölkəmizin milli qanunvericilik bazası qısa zaman kəsiyində təkmilləşdirilərək Avropa standartlarına uyğunlaşdırılımışdır.
Qeyd olunmuşdur ki, milli qanunvericiliyin durmadan təkmilləşdirilməsi ilə yanaşı, Respublikamız tərəfindən çoxsaylı beynəlxalq müqavilələr, o cümlədən 31 may 1996-ci il tarixli qanunla BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyası", həmçinin 2 dekabr 2008-ci il tarixli qanunla isə bu Konvensiyanın Fakültativ Protokolu ratifikasiya edilmişdir.
Ombudsmanın əməkdaşı çıxışında bildirmişdir ki, İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı Konvensiyanın 1-ci maddəsinə əsasən bu Konvensiyanın məqsədləri üçün "işgəncə" dedikdə, hər hansı bir şəxsə, ondan və ya üçüncü şəxsdən məlumat, yaxud etiraf əldə etmək üçün, onu, özünün, yaxud üçüncü şəxsin törətdiyi, yaxud törədilməsində şübhəli bilindiyi, şübhə doğuran hərəkətə görə cəzalandırmaq üçün, həmçinin onu, yaxud üçüncü şəxsi qorxutmaq və ya məcbur etmək üçün, yaxud hər hansı xarakterli ayrı-seçkiliyə əsaslanan hansısa səbəbə görə dövlətin vəzifəli şəxsi, yaxud rəsmi şəxs kimi çıxış edən başqa bir şəxs tərəfindən, yaxud onların təhriki və ya məlumatlılığı, yaxud göz yumması ilə qəsdən fiziki, yaxud mənəvi cəhətdən güclü ağrı və ya əzab verən hər hansı hərəkət başa düşülür.
Abil Orucəliyev vurğulamışdır ki, "işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza" termininə bir sıra müvafiq beynəlxalq aktlarda rast gəlinsə də, beynəlxalq müstəvidə "işgəncə"yə anlayış yalnız BMT-nin İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı 10 dekabr 1984-cü il tarixli Konvensiyasında verilmişdir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
   17/08/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).