13:21 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar

Səhifənin xəritəsi



Xəbərlər

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş.

 
Sentyabrın 22-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvan şəhərində keçirilən "Avropa günləri"ində iştirak etmək üçün muxtar respublikaya gələn Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas və Avropa İttifaqına üzv ölkələrin Azərbaycandakı səfirləri ilə görüşüb. 
Ali Məclisin Sədri qonaqları Naxçıvanda görməkdən məmnunluğunu bildirmiş, Naxçıvan şəhərində "Avropa günləri"nin keçirilməsini muxtar respublikaya olan etimadın və tədbirlərin yüksək səviyyədə keçirilməsinə inamın ifadəsi kimi dəyərləndirmişdir. Muxtar respublikanın ərazisi, əhalisi, idarəetmə quruluşu və sosial-iqtisadi inkişafı haqqında qonaqlara ətraflı məlumat verən Ali Məclisin Sədri təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirləri diqqətə çatdırmışdır. Ali Məclisin Sədri blokada şəraitində yaşamasına baxmayaraq muxtar respublikada inkişafın təmin olunduğunu bildirmiş, Naxçıvan şəhərində "Avropa günləri"nin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirmiş, əməkdaşlığın davam etdiriləcəyinə inamını ifadə etmişdir.
Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan şəhərində "Avropa günləri"nin keçirilməsi üçün yaradılan şəraitə və səmimi qəbula görə minnətdarlıq etmişdir. Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərdən danışan qonaq Naxçıvan Muxtar Respublikasının inkişafının, xüsusilə təhsil sahəsində qazanılan nailiyyətlərin böyük məmnunluq doğurduğunu və əməkdaşlıq üçün geniş imkanlar açdığını bildirmişdir.
Finlandiyanın səfiri xanım Arya Makkonen, Danimarkanın səfiri Svend Olinq, Yunanıstanın səfiri Nikolas Kanellos, Macarıstanın səfiri Viktor Szederkenyi, Bolqarıstanın səfiri Nikolay Yankov və Belçika Krallığının səfiri Bert Skufs Naxçıvanda olmaqdan məmnunluqlarını bildirmiş və əməkdaşlıq imkanlarını diqqətə çatdırmışlar.
Sonda xatirə şəkli çəkdirilmişdir.


 
24/09/2018















      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).