Ali Məclisin Sədri Sərəncam imzaladı.
Sentyabrın 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: "Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram: Naxçıvan Muxtar Respublikasında arxeologiya sahəsində səmərəli fəaliyyətinə görə Katherine Anne Marro "Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə" nişanı ilə təltif edilsin". Qeyd edək ki, fransız arxeoloq Katherine Anne Marro Azərbaycan-Fransa Beynəlxalq Arxeoloji ekspedisiyasının tərkibində bir neçə ildir ki, muxtar respublika ərazisindəki arxeoloji abidələrin tədqiqi ilə məşğuldur. O, həmçinin Fransa Milli Elmi Araşdırmalar Mərkəzinin tədqiqatçısıdır.
25/09/2018
|