8:55 AZ | RUS | ENG

.

               Təqvim

Super Ajax Calendar


Səhifənin xəritəsi



Xəbərlər

Polis əməkdaşlarının hüquqi marifləndirilməsi davam etdirilir.
 
Sentyabr ayının 27-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin birgə təşkilatçılığı ilə Culfa rayon polis şöbəsində hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) əməkdaşı Abil Orucəliyev, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məşdi Babazadə və Culfa rayon polis şöbəsinin zabit heyəti iştirak etmişdir.

 
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Məşdi Babazadə giriş sözü ilə çıxış edərək qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi arasında birgə təsdiq edilmiş tədbirlər planına uyğun olaraq bugünədək müxtəlif mövzularda bir sıra tədbirlər həyata keçirilmiş, bu kimi tədbirlər polis əməkdaşlarının hüquqi maarifləndirilməsində əvəzsiz rol oynamışdır. 
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin əməkdaşı Abil Orucəliyev tədbirdə çıxış edərək qeyd etmişdir ki, Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın "Beynəlxalq Sülh Günü" kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada "Beynəlxalq Sülh Günü" kimi qeyd olunur. Birləşmiş Millətlər Təşkilatı tərəfindən 21 sentyabrın Beynəlxalq sülh ili və Beynəlxalq sülh günü kimi müəyyən edilməsi və eyni zamanda qeyd olunması sülh ideyalarının daha da möhkəmlənməsinə, dövlət daxili, habelə dövlətlər və xalqlar arasında münaqişələrin səbəblərinin və gərginliyin zəifləməsinə təsir edə bilər.
Qeyd olunmuşdur ki, Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Ümumiyyətlə, sülh və sabitlik inkişafın təməlidir. Bu proses hər ölkədə və regionda onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir
Ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20 faizi işğal edilmiş və azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti həyata keçirlimişdir Xalqımız müharibə dəhşətlərini öz taleyində yaşamış, əzəli torpaqlarından qovulmuş yüz minlərlə soydaşımızın çadır düşərgələrinə, qaçqın və məcburi köçkün qəsəbələrinə sığınmış, insan hüquqlarının kütləvi şəkildə və kobudcasına pozulması ilə müşahidə olunmuşdur. Ombudmanın əməkdaşı vurğulamışdır ki, atəşkəs rejiminə baxmayaraq, bu proses bu gün də davam edir, uşaqlar, qadınlar, qocalar və bütövlükdə əhali uzun müddətdir ki, münaqişədən əziyyət çəkir.
A.Orucəliyev çıxışında bildirmişdir ki, Ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə ali siyasi hakimiyyətə qayıdışı nəticəsində ölkməzidə ictimai-siyasi sabitlik bərqərar edilmiş, müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını alınmış, regionda sabitliyin yaranmasına nail olunmuşdur. Ümummilli liderin Azərbaycana qayıdışı dövlətimizin sülh arzusunun ifadəsi, həqiqi sülhün bərqərar olması və sülhün təminatı rolunda çıxış edəcək hərbi qüdrətə gedən yolun başlanğıcı olmuşdur. Ölkəmizdə atəşkəs əldə olunduqdan sonra Ulu öndər beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Ancaq işğalçı ölkə indiyədək beynəlxalq hüququn tələblərini pozaraq işğal siyasətini davam etdirir.
Ombudsmanın nümayəndəsi vurğulamışdır ki, Beynəlxalq Sülh Günü dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da geniş qeyd olunur. Təcavüzkar Ermənistan tərəfindən sülhün və sabitliyin pozulması səbəbindən muxtar respublikamız 26 ildən artıqdır ki, blokada vəziyyətində yaşayır. Lakin bütün bunlara baxmayaraq, Naxçıvan ictimai-siyasi sabitlik və əmin-amanlıq şəraitində inkişaf edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbovun rəhbərliyi ilə həyata keçirilən dövlət siyasəti nəticəsində Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmişdir. Ötən dövr ərzində muxtar respublikada iqtisadiyyatın və sənayenin bütün sahələrinin inkişaf etdirilməsi, yeni istehsal və xidmət sahələrinin yaradılması, yeni iş yerlərinin açılması, yaşayış məntəqələrinin abadlaşdırılması, səmərəli məşğulluq təmin edilməklə əhalinin maddi rifah halının yaxşılaşdırılması, bir sözlə, muxtar respublikada bütün sahələrin dinamik inkişafının təmin edilməsi Naxçıvanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıları maraqlandıran suallar Ombudsmanın nümayəndəsi tərəfindən cavablandırılmışdır.
 
27/09/2018













      

Copyright © 2009. Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman).